012931

İstehlak kreditləri

Karib Adalarında olmamısınız? Misirdə Piramidaları görmək arzulayırsınız? Bizə müraciət edin və biz sizin xəyallarınızı gerçək həyata keçirdərik

“Bank Silk Vey” ASC, Silk Vey Travel ilə birlikdə “Kreditlə İstirahət” adlı yeni layıhəyə start verib.

Məhsulun adı: Kreditlə İstirahət

Təsvir: Fiziki şəxslər üçün Silk Vey Travel tərəfindən təqdim olunan kredit ilə turlar.

Kreditin verilmə şərtləri və tarifləri: 

Müştəri “Silk Vey Travel” -ə müraciət etdikdən sonra Səyahət paketinin ümumi məbləğinin 20 %-ni qabaqcadan banka ödədikdən sonra “Bank Silk Vey” ASC tərəfindən ona, məbləğin qalan 80%-i məbləğində kredit verilir. Kreditin təhlili və rəsmiləşdirilməsi bankın daxili qaydalarına əsasən həyata keçirilir. 

İllik faiz dərəcəsi

25 %

Kreditin maksimal müddəti

12 ay

Təminatın növü*

1-2 zamin**

Komissiya haqqı

1 %

Minimum iş stajı

6 ay

Kreditin məbləği

ə/h-nın 3 misli

Kreditin maksimal məbləği

5 000 manat

Faktiki illik faiz dərəcəsi (FİFD)

25.45 %

Daşınar və daşınmaz əmlakın girovu, qiymətli kağızlar, müddətli və ya müddətsiz depozit, bankla zamin arasında bağlanmış, kredit müqaviləsinin qüvvədə olduğu dövrü əhatə edən və kredit borcunu ödəyəcəyinə dair təminat verən zaminlik müqaviləsi əsasında verilir. 

**Kreditin məbləği 2 000 (iki min) manatadək olduqda bir zamin, 2000 (iki min) manatdan yuxarı olduqda isə iki zamin tələb olunur. 

Qeyd: Zaminin aylıq əmək haqqı kredit üzrə ödəniləcək aylıq ümumi məbləğdən yuxarı olmalıdır. 

Müraciət üçün tələb olunan sənədlər: 

  1. Müraciət ərizəsi;
  2. Şəxsiyyəti təsdiq edən sənəd;
  3. İş yerindən arayış (iş stajı, vəzifəsi və əmək haqqı göstərilməklə);
  4. Əmək haqqı kartı üzrə son 3 aylıq dövriyyədən çıxarış;
  5. “Silk Vey Travel” -tərəfindən verilmiş Səyahət paketinin məbləğini göstərən müvafiq sənəd;
  6. Digər zəruri sənədlər.




Kredit meblegi
Kreditin müddəti
Illik faiz derecesi
Aylıq Ödəniş

0

.00
Ümumi Ödəniş

0

.00